"Dördüncü pillə "Arsenal" üçün uğur sayılar"

"Dördüncü pillə "Arsenal" üçün uğur sayılar"

İngiltərə millisinin və "Mançester Yunayted"in sabiq müdafiəçisi Qari Nevill "Arsenal"ın İngiltərə Premyer Liqasındakı çıxışını dəyərləndirib.

Fanat.Az xəbər verir ki, "SkySports" "qırmızı şeytanlar"ın keçmiş kapitanının söylədiklərini belə çatdırıb:

"Mikel Artetanı bəyənirəm. Məncə, o, əla mütəxəssisdir. Gənc futbolçular baxımından Artetanın sərəncamında yaxşı heyət var. "Arsenal" mövsümü dördüncü pillədə başa vursa, bu, onlar üçün uğur sayılar. Fakt budur ki, baş məşqçi bu komanda ilə mümkün olanın ən yaxşısını edir. Yox, siz bu komandanın Xosep Quardiolanın "Mançester Siti"si, Yürgen Kloppun "Liverpul"u, "Mançester Yunayted" və ya "Çelsi" ilə rəqabətini əsas sayırsınızsa, müqayisə uğursuzdur. "Arsenal" onlarla rəqabət apara bilməz".

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər