Dieqo Simeone La Liqanın rekordunu yenilədi

Dieqo Simeone La Liqanın rekordunu yenilədi

"Atletiko Madrid"in baş məşqçisi Dieqo Simeone La Liqanın 23-cü turu çərçivəsində keçirilən matçda - "Real Madrid"lə oyunda (1:1) rekorda imza atıb.

Fanat.Az xəbər verir ki, Dieqo buna baş məşqçisi olduğu komandanı La Liqada 425-ci dəfə matça çıxararaq nail olub. 

Argentinalı mütəxəssis "Real"ın sabiq çalışdırıcısı Miqel Munosun (424) rekordunu yeniləyib.

Qeyd edək ki, Simeone 2011-ci ildən "Atletiko"nun baş məşqçisidir.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər