Derbidə mövsümün rekordu

Derbidə mövsümün rekordu

Misli Premyer Liqasında mövsümün tamaşaçı rekordu qeydə alınıb.

Fanat.Az xəbər verir ki, bu, 9-cu turun “Neftçi” – “Qarabağ” matçına təsadüf edib.

“Neftçi Arena”da keçirilən Azərbaycan derbisini 5400 tamaşaçı izləyib. Bunadək rekord 9-cu turun “Turan Tovuz” - “Neftçi” matçına (0:1) məxsus idi. Həmin qarşılaşmada 5000 seyrçi olub.

“Neftçi” – “Qarabağ” matçında qonaqlar 2 cavabsız qolla qalib gəlib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər