"Deportivo"nun rekordunu qırmaq istəyirəm" - Ter Ştegen

"Deportivo"nun rekordunu qırmaq istəyirəm" - Ter Ştegen

"Barselona"nın qapıçısı Mark-Andre ter Ştegen bu mövsüm İspaniya çempionatındakı çıxışından danışıb. 

Fanat.Az xəbər verir ki, "Mundo Deportivo" La Liqanın cari mövsümündə 26 "quru oyun" keçirən və yeni rekorda köklənən alman qolkiperin dediklərini belə çatdırıb.

“Rəqəmlərə görə bu, "Barselona"dakı ən yaxşı mövsümümdür. Bu nailiyyətə imza atan komandamız üçün çox şadam. Bu, bir nəfərin deyil, hamının uğurudur. Gələn həftə "Deportivo"nun rekordunu qırmaq istəyirik".

1993/1994 mövsümündə "Deportivo" İspaniya çempionatında məhz 26 təmiz oyun keçirib.

"Barselona" La Liqanın son turunda səfərdə "Selta Viqo" ilə qarşılaşacaq.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər