De Blekere "İmişli" - "Zirə" oyununun hakimindən razı qalmayıb

De Blekere "İmişli" - "Zirə" oyununun hakimindən razı qalmayıb

AFFA Hakimlər Komitəsinin sədri Frank De Blekere Misli Premyer Liqasının VI turu çərçivəsində keçirilən "İmişli" - "Zirə" oyunundakı (1:1) mübahisəli epizodu şərh edib. 

Fanat.Az xəbər verir ki, belçikalı funksioner qurumun mətbuat xidmətinə açıqlamasında baş hakim Əli Əliyevin qərarı ilə bağlı qeydini belə çatdırıb: 

“İmişli” – “Zirə” oyununun 36-cı dəqiqəsində top oyunda olarkən “Zirə”nin futbolçusu Ruan Renato “İmişli”nin "9 nömrə"si Dioqo Almeydanı arxadan ehtiyatsızlıqla itələdi. Hakimlər briqadası bu epizodu görmədi. VAR vəziyyəti yoxladı, lakin bu hərəkəti qırmızı vərəqə epizodu hesab etmədiyi üçün müdaxilə etmədi (TV görüntülərində təmas nöqtəsi aydın görünmür). Gözləntimiz “Zirə”nin futbolçusuna ehtiyatsız hərəkətə görə sarı vərəqə verilməsi, “İmişli”nin lehinə cərimə zərbəsi təyin olunması idi. Təmas baş və ya üz nahiyəsində aydın görünərsə, onda zorakı davranışa görə qırmızı vərəqə gözlənilir".  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər