Daha 2 legioner "Neftçi"dən göndərilir

Daha 2 legioner "Neftçi"dən göndərilir
"Neftçi"nin heyətində islahatlar davam edir. 
Fanat.Az xəbər verir ki, son 5 ayı icarə ?sasında Venesuelan?n "Mineros Quayana” klubunda çıxış edən Edson Kastilyo ilə müqaviləni qarşılıqlı razılıq əsasında pozan, Cexiyanın "Karvina" klubuna məxsus olan və müqavilə müddəti dekabrın 31-də başa çatacaq Pavel Dreksadan sonra paytaxt klubu daha iki əcnəbisi ilə yollarını ayıracaq.
Belə ki, Mateo Mujek və Daniel Seqoviya komanda saxlanılmayacaq. Baş məşqçi Tərlan Əhmədov artıq bu futbolçuları heyətdə görmək istəmədiyini bildirib və yola salınmasını istəyib. Baş məşqçi qərarını hər iki futbolçuya açıqlayıb.
Qeyd edək ki, yayda Sloveniyanın "Rudar" klubundan "Neftçi"yə keçən avstriyalı müdafiəçi Mateo Mujek "ağ-qaralar"ın heyətində cəmi 3 rəsmi oyuna çıxıb və 188 dəqiqə oynayıb. Bu ilin yanvarında Avstriyanın "Sankt Polten" klubundan gələn ispan hücumçu Daniel Seqoviya isə "Neftçi"nin heyətində cari mövsümdə 7 oyun keçirib, 362 dəqiqə oynayıb və 3 qol vurub. O, hər 3 qolu kubokda 69 dəqiqə oynadığı "Zaqatala"nın qapısına vurub.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər