Azarkeşlər bir neçə ildi "Böyük oyun"a - "Xəzər Lənkəran" - "Neftçi" qarşılaşmalarına həsrətdir. Son bir ildə isə cənublu azarkeşlər "Xan Lənkəran"la təsəlli tapır.
Fanat.Az xəbər verir ki, Lənkəran təmsilçisi yenidən əzəli rəqibi ilə üz-üzə gələcək.
Belə ki, sabah "Xan Lənkəran"la "Neftçi-2" arasında yoxlama oyunu razılaşdırılıb. Görüş Bakıda - "Neftçi"nin Bakıxanovdakı Təlim-Məşq Mərkəzində baş tutacaq və saat 14:00-da başlayacaq. Bu haqda "İnstagram"da paylaşım edən "Xan Lənkəran"ın artıq paytaxta yola düşdüyü, oyunun "Mediamax"ın YouTube kanalında canlı yayımlanacağı bildirilib.
Mirağa