Böyük Britaniyanın ölkəmizdəki səfiri "Neftçi"nin oyununda - FOTO

Böyük Britaniyanın ölkəmizdəki səfiri "Neftçi"nin oyununda - FOTO

Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp Azərbaycan Premyer Liqasının XII turu çərçivəsində şənbə günü oynanılan "Neftçi" - "Səbail" matçını stadiondan canlı izləyib. 

Fanat.Az xəbər verir ki, ingilis diplomat bu barədə Twitter hesabından paylaşım edib. 

Səfir, BMT-nin "Qadına qarşı zorakılığa son" çağırışına qoşulan "Neftçi"nin təşəbbüsünə dəstək vermək üçün "Bakcell Arena"ya yollanıb. 

Qeyd edək ki, "Neftçi" sözügedən layihə çərçivəsində "Səbail"lə oyuna narıncı formada çıxıb. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər