Bundesliqada Qirassi fırtınası əsir - Levandovskinin rekordunu təkrarladı

Bundesliqada Qirassi fırtınası əsir - Levandovskinin rekordunu təkrarladı

"Ştutqart"ın hücumçusu Seru Qirassi Bundesliqada möhtəşəm nəticəyə imza atıb.

Fanat.Az "Opta"ya istinadən xəbər verir ki, 27 yaşlı qvineyalı futbolçu 5-ci turda "Darmştadt"la (3:1) görüşdə dubl müəllifi olmaqla rekorda imza atıb. 

Qirassi Almaniya çempionatının ilk beş matçında rəqib qapılarına 10 dəfə yol tapıb. Bununla da o, "Bayern Münhen"nın keçmiş hücumçusu Robert Levandovskinin rekordunu təkrarlayıb. Hazırda "Barselona"nı təmsil edən polşalı futbolçu buna 2020/2021 mövsümündə nail olub.

Maraqlıdır ki, təcrübəli forvard ötən mövsüm Bundesliqada 22 matçda iştirak edərək cəmi 11 qol vura bilmişdi. 

"Ştutqart" hazırda Bundesliqada lider mövqeyində qərarlaşıb. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər