İtaliya yığmasının baş məşqçisi Roberto Mançini UEFA Millətlər Liqasının 1/2 final mərhələsində İspaniyaya qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, o, Turində baş tutacaq qarşılaşma barədə UEFA-nın rəsmi saytına belə danışıb:
"Avro-2020-də ən çətin oyunumuzu məhz İspaniyaya qarşı keçirdik. Çox yaxşı futbolçulara malik, əla komandaya qarşı oynayacağıq. Görüşün maraqlı alınacağına əminəm. "Birinci mərtəbə"də kombinasiyalı futbol baxımından ispanların tayı-bərabəri yoxdur. Düzü, bu komponentdə onlara çatmaq üçün vaxtımız olmayıb.
Əlbəttə, Avropa birinciliyindən sonra Millətlər Liqasının da qalibi adını qazanmaq əla olar. Elə dünya çempionatına vəsiqəni də mümkün qədər tez təmin etmək bizi çox sevindirər. Ancaq bu hədəflərə çatmaq asan iş deyil".
Nihat