"Mançester Yunayted"in hücumçusu Markus Raşford İngiltərəni tərk edə bilər.
Fanat.Az xəbər verir ki, cari mövsüm sərgilədiyi performansla diqqətləri üzərinə çəkən 25 yaşlı futbolçu "Bayern Münhen"in transfer hədəfinə çevrilib.
Xəbərə görə, almnalar DÇ-2022-də İngiltərə seçməsinin heyətində adından söz etdirən Raşfordu "Bayern"i "Barselona"ya dəyişən Robert Levandovskiyə ən layiqli əvəzləyici hesab edir. Mənbə MY-nin baş məşqçisi Erik ten Haqın Markusu gələcək planlarının tərkib hissəsi saydığını əsas gətirərək Münhen təmsilçisinin bu istəyinə asanlıqla çata bilməyəcəyini vurğulayıb.
Qeyd edək ki, Raşford cari mövsüm İngiltərə Premyer Liqasında 23 matça çıxaraq 12 qol vurub.
Nihat