"Bu il fərqli "Neftçi" izləyirik" - Aftandil Hacıyev

"Bu il fərqli "Neftçi" izləyirik" - Aftandil Hacıyev

"Səbail"nin baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasının 18-ci turu çərçivəsində "Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib. 

Fanat.Az xəbər verir ki, o, 0:2 hesabıyla uduzduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

"Rəqiblə müqayisədə bir gün az dincəldik. Meydanda futbolçular tapşırıqları maksimum yerinə yetirməyə çalışdılar. Fərdi səhvlərdən iki qol buraxdıq. Bu il fərqli "Neftçi" izləyirik. Meydanda daha intizamlıdırlar. İlk yarıda hər iki kollektiv daha ehtiyatlı davrandı. Fasilədən sonra rəqib təzyiqi daha da artırdı. Bu da nəticəni müəyyənləşdirdi".

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər