Brunu Fernandes "Qalatasaray"a keçir?

Brunu Fernandes "Qalatasaray"a keçir?

Transfer pəncərəsində növbəti böyük səs-küyə imza atmaq istəyən "Qalatasaray" diqqətini "Mançester Yunayted"in kapitanı Brunu Fernandesə yönəldib.

Fanat.Az "BBC Sport"a istinadən xəbər verir ki, "Cim-Bom" portuqaliyalı ulduzu razı salmaq üçün ona "Mançester Yunayted"də qazandığı illik maaşın tam iki qatını təklif etməyə hazırdır.

"Sarı-qırmızılılar" bu transfer üçün İngiltərə klubuna 50 milyon avro təklif etməyi planlaşdırır.

Lakin "qırmızı şeytanlar" rəhbərliyi Türkiyə təmsilçisinin bu cəhdini vaxt itkisi hesab edərək ulduz futbolçunu satmaq niyyətində olmadıqlarını bildirib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər