Braziliyalı vinger "Neftçi"də - RƏSMİ

Braziliyalı vinger "Neftçi"də - RƏSMİ

"Neftçi" braziliyalı futbolçu Gilyerme Patonun transferini açıqlayıb.

Fanat.Az xəbər verir ki, 21 yaşlı cinah yarımmüdafiəçisi ilə 2,5 illik müqavilə imzalanb.  Gənc vinger yeni komandasında 77 nömrəli formanı geyinəcək.

"İnternasional"ın yetirməsi olan Gilyerme Pato 2020/2021 mövsümündə icarə əsasında "Ponte Preta"da, 2021-ci ilin ikinci yarısında isə "Kuyaba"da çıxış edib.

Qeyd edək ki, "Neftçi" bundan əvvəl müdafiəçi Azər Salahlı və yarımmüdafiəçi Eddi İsrafilovu transfer edib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər