"Neftçi” Roberto Bordinlə yolları ayırıb.
Fanat.Az xəbər verir ki, bir neçə dəqiqə öncə Antalyada toplantını yekunlaşdıran klub idarəçiləri italyan çalışdırıcını yola salıb.
Xəbəri klubun sözçüsü Rüstəm Allahverdiyev də təsdiqləyib. O, saytımıza açıqlamasında komandanın italyanın yerli köməkçisi Füzuli Məmmədova tapşırıldığını bildirib. Məmmədov müvəqqəti olaraq baş məşqçi funksiyasını yerinə yetirəcək.
Fanat.Az