“Bizə yerli oyunçular lazım idi” - "Neftçi"nin kapitanı

“Bizə yerli oyunçular lazım idi” - "Neftçi"nin kapitanı

"Neftçi"də bu gün qış fasiləsində təlim-məşq toplanışına start verib. 

Fanat.Az xəbər verir ki, klubun televiziyasına danışan paytaxt təmsilçisinin kapitanı Emin Mahmudov komandada əhval-ruhiyyə yaxşı olduğunu bildirib. 

30 yaşlı yarımmüdafiəçi heyətlə bağlı bəzi problemlərin olduğunu bildirib: "Məşq prosesində hamı iştirak edə bilmir. Bununla belə, ciddi hazırlaşırıq. İstəyirik ki, 3-4-cü dövrələrdə daha yaxşı oynayaq".

Eddi İsrafilov və Azər Salahlının "Neftçi"yə keçidinə toxunan təcrübəli oyuynçu onların komandaya xeyir verəcəyinə inandığını vurğulayıb: "Bizə yerli oyunçular lazım idi. Çünki komandada ancaq gənc futbolçular idi. Hər ikisini yaxşı tanıyıram. Bundan sonra rəqabət artacaq. İnanıram ki, bizə xeyir verəcəklər".

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər