Birinci Divizion: "Mingəçevir" "Neftçi"ni böyük hesabla yendi

Birinci Divizion: "Mingəçevir" "Neftçi"ni böyük hesabla yendi

Bu gün futbol üzrə Azərbaycan I Divizionunda 1-ci tura yekun vurulub. 

Fanat.Az xəbər verir ki, ikinci oyun günündə üç oyun keçirilib.

Debütantlardan "Mingəçevir" "Neftçi-2"-ni evdə qəbul edib. Azər Həşimovun baş məşqçisi olduğu komanda bakılıları darmadağın edib. Meydan sahiblərinin heyətində Sahil Həsənov het-trik edib. "İmişli" isə səfərdə "Qəbələ-2" ilə bacarmayıb. Günün paytaxtda baş tutan yeganə qarşılaşmasında isə "Qaradağ Lökbatan"la "Səbail-2" münasibətlərinə aydınlıq gətirib. Bayıl təmsilçisi səfərdə üç xalı bir qolla qazanıb. 

I Divizion 1-ci tur 25 avqust

Mingəçevir – Neftçi-2 4:1 Qollar: Sahil Həsənov, 26, 31, 56, Ruslan Voronsov, 49 - Vüsal Əsgərov, 68-pen.  Hakimlər: Emin Əliyev, Asiman Əzizli, Zakir Şükürzadə, Şamil İmanzadə Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu, 16:30

Qaradağ Lökbatan – Səbail-2 0:1 Qol: Balamirzə Soltanov, 60 Hakimlər: Kamranbəy Rəhimov, Zöhrab Abbasov, Orxan İbişov, Əli Əliyev Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 16:30

Qəbələ-2 – İmişli 2:0 Qollar: Əli Mürsəlov, 39, Elmir Hüseynli, 50 Hakimlər: Namiq Bəkirov, Səbuhi Soltanov, Ruslan Quliyev, Mahmud Bağırzadə Qəbələ şəhər stadionu (ehtiyat meydança), 16:30 Qeyd edək ki, tura dünən start verilib:

Turan Tovuz-2 – Şamaxı-2 1:0 Qol: Akif Tağıyev, 16. MOİK – Zaqatala 2:0 Qollar: Samir Alıyev, 45+1. Tural Nəsirov, 90+1-pen. Araz Naxçıvan – Qarabağ-2 5:1 Qollar: Ege Atlam Adnan, 23. Fərid Kərimzadə, 40. Tuqay Əlizadə, 45+3. De Saboa İv Lüsyen, 72; 85 – Mirmövsüm Canıyev, 54. Zirə-2 – Kəpəz-2 2:2 Qollar: Tahir Zeynalov, 19. Xəqani Sadıxov, 37 – Nemət Musayev, 23. Nihat Fərəci, 62.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər