“Beşiktaş” “Qarabağ”ın rəqibindən futbolçu aldı

“Beşiktaş” “Qarabağ”ın rəqibindən futbolçu aldı

"Beşiktaş" bu ay "Braqa"dan icarəyə götürdüyü Əl-Musratini birdəfəlik alıb.

Fanat.Az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin saytı məlumat yayıb.

Portuqaliya klubuna 11 milyon avro təzminat ödənilib. 27 yaşlı yarımmüdafiəçi ilə 2027-ci ilin iyununa kimi müqavilə imzalanıb.

Qeyd edək ki, futbolçu 2020-ci ildən "Braqa"da oynayırdı.

Xatırladaq ki, Portuqaliya təmsilçisi Avropa Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibidir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər