“Beşiktaş” “Qalatasaray”a məğlub oldu

“Beşiktaş” “Qalatasaray”a məğlub oldu

Türkiyə Super Liqasında 28-ci turun oyunları keçirilir.

Fanat.Az xəbər verir ki, bu gün daha 3 görüş baş tutub.

“Başakşəhər” evdə “Samsunspor”a qalib gəlibsə, “Pendikspor” “Konyaspor”a uduzub.

Turun mərkəzi oyununda isə “Beşiktaş” “Qalatasaray”ı qəbul edib. İstanbul derbisi qonaqların qələbəsiylə yekunlaşıb.

Türkiyə Super Liqası 28-ci tur 1 mart

Kasımpaşa – Sivasspor 0:0

2 mart

Ankaragücü – İstanbulspor 1:1 Qollar: Bassoqoq, 53 – Loşay, 45+8.

Rizəspor – Kayserispor 3:0 Qollar: Şelvi, 62. Zeqiri, 81. Vareşanoviç, 90.

Hatayspor – Fənərbaxça 0:2 Qollar: Osayi-Samuel, 24. C.Ünder, 40.

3 mart

Başakşəhər – Samsunspor 1:0 Qollar: Aleksiç, 47.

Pendikspor – Konyaspor 0:2 Qollar: Çikalleşi, 12-pen. Etemi, 73.

Beşiktaş – Qalatasaray 0:1 Qol: Əl Musrati, 2-öz qapısına.

4 mart

18:00. Adana Dəmirspor – Fatih Karagümrük 21:00. Alanyaspor – Trabzonspor 21:00. Antalyaspor - Qaziantep

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər