Benzemanı Ronaldunun rekordundan 2 qol ayırır

Benzemanı Ronaldunun rekordundan 2 qol ayırır

“Real Madrid”in hücumçusu Kərim Benzema “Mançester Siti” ilə yarımfinalın cavab qarşılaşmasında (3:1) penaltidən fərqlənərək Çempionlar Liqasının cari mövsümündə 15-ci qoluna imza atıb.

Fanat.Az xəbər verir ki, ikinci gəncliyini yaşayan fransalı hücumçunu Kriştianu Ronaldunun rekordundan cəmi 2 qol ayırır. 

Belə ki, portuqaliyalı ulduz 2013/14 mövsümündə "Real Madrid"də çıxış edərkən Çempionlar Liqasında 17 qol vurub.

Qeyd edək ki, "Real Madrid" Çempionlar Liqasının finalında "Liverpul"la qarşılaşacaq və həlledici görüş 28 mayda Benzemanın vətənində - “Stad de Frans”da keçiriləcək. Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər