"Benfika"nın yarımmüdafiəçisi əfsanəvi futbolçunun rekordunu təkrarladı

"Benfika"nın yarımmüdafiəçisi əfsanəvi futbolçunun rekordunu təkrarladı

"Benfika"nın yarımmüdafiəçisi Joau Mariu Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində dünən keçirilən oyunda "Brügge"nin qapısına yol taparaq bu turnirin ardıcıl 5-ci matçında qol vurub.

Fanat.Az xəbər verir ki, Mariu bu qol sayəsində klubun əfsanəvi futbolçusu Eysebionun (1963-1964) rekordunu təkrarlayıb.

Joau daha öncə PSJ, "Yuventus" və "Makkabi"ni məyus edibsə, 1/8 finalın hər iki görüşündə "Brügge"yə qol vurub.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər