Belyerinin "Arsenal"dakı taleyinə aydınlıq gəldi

Belyerinin "Arsenal"dakı taleyinə aydınlıq gəldi

Müqavilə ilə "Arsenal"a məxsus olan və "Real Betis"də icarə əsasında çıxış edən Hektor Belyerinin London klubundakı aqibəti müəyyənləşib. 

Fanat.Az xəbər verir ki, bu barədə idman jurnalisti Matteo Moretto iddia ilə çıxış edib.

Mənbənin məlumatına görə, müdafiəçi "topçular"dan birdəfəlik ayrılacaq. Belyerin keçən mövsüm bir illik icarə əsasında oynadığı Betis klubunda qalmağa meyllidir. Bundan başqa, futbolçunun transferində İtaliya “Fiorentina”sı da maraqlıdır.

Belyerinin "Arsenal"la hazırkı müqaviləsi 2023-cü ildə başa çatır.

27 yaşlı ispaniyalı müdafiəçi 2021/2022 mövsümündə "Real Betis"in heyətində 32 matçda meydana çıxıb və 5 məhsuldar ötürmə edib. O, londonlularla dörd yoldaşlıq görüşü də keçirib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər