Belçikalı hücumçu "Fənərbağça"nı "Qalatasaray"a dəyişdi - RƏSMİ

Belçikalı hücumçu "Fənərbağça"nı "Qalatasaray"a dəyişdi - RƏSMİ

Belçikalı hücumçu Mişi Batşuayi "Fənərbağça"nı əzəli rəqibi "Qalatasaray"a dəyişib.

Fanat.Az xəbər verir ki, məlumatı "aslanlar"ın mətbuat xidməti yayıb.

2022-ci ildən "Fənər"in uğurları üçün çalışan Mişi bu komandanın heyətində bütün turnirlərdə 75 matça çıxaraq 44 qol vurub. 

"Çelsi", "Olimpik Marsel", Dortmund "Borussiya"sı kimi tanınmış Avropa klublarında da top qovmuş  30 yaşlı futbolçu "Fənərbağça"ya keçməmişdən öncə "Beşiktaş"da da oynamağa imkan tapıb.

Xatərladaq ki, "Qalatasaray" son mövsümdə 102 xal toplayaraq Super Liqanın qalibi olub. "Sarı-qırmızılar" "Fənərbağça"nı 3 xal qabaqlayıblar.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər