BBC “Qarabağ”dan yazdı: "Təhlükəlidi"

BBC “Qarabağ”dan yazdı: "Təhlükəlidi"
Böyün Britaniyanın nüfuzlu media qurumu olan BBC-nin saytında bu gün Çempionlar Liqasının III təsnifat mərhələsində keçiriləcək Seltik-Qarabağ oyunu haqda geniş yazı dərc edilib. 
Fanat.az xəbər verir ki, məqalədə "Seltik"in "Qarabağ" haqda tam məlumatlı olmaya biləcəyi qeyd olunub: “Ola bilər ki, "Seltik"in “Qarabağ” haqda məlumatı azdı. Bəlkə də onlar rəqibi yaxşı öyrənməyib. “Qarabağ” populyar komanda olmasa da, təhlükəlidi". 
BBC Ağdam klubunun ötən il qrupda bütün rəqibləri - “Dnepr”, “Sent-Etyen” və “İnter”lə oyunda xal qazanmasına diqqət çəkib. Eyni zamanda "Qarabağ"ın "Zalsburq"a Bakıda qalib gəldiyi, yalnız iki oyunun nəticəsinə əsasən, uduzaraq mübarizəni dayandırdığını xatırladıb: “Qarabağ Seltikə real təhlükəli yarada biləcək komandadı".
Müəllif bukmeykerlərin Qarabağı autsayder kimi görməsini anlamadığını yazıb: "Bu məntiqi başa düşmək çətindi".//“Qafqazinfo”
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər