"Bayer" rekordunu yenilədi

"Bayer" rekordunu yenilədi

UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində "Qarabağ"ı Almaniyada 3:2 hesabı ilə məğlub edən “Bayer Leverkuzen” rekordunu yeniləyib.

Fanat.Az xəbər verir ki, Leverkuzen təmsilçisi buna təmsilçimiz üzərində qələbə qazanaraq nail olub.

Beləliklə, Xabi Alonsonun komandası məğlubiyyətsiz oyunlar seriyasını 37-yə çatdırıb və klub tarixinin ən yaxşı nəticəsinə imza atıb. Son dəfə 2023-cü ilin mayında yenilgi acısı dadan "Bayer" sonrakı qarşılaşmaların 32-də qələbə, 5-də heç-heçə görüb.  

Qeyd edək ki, tərəflərin Bakıdakı dueli 2:2 hesablı bərabərliklə başa çatmışdı.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər