"Bayer Leverkuzen" rekordu təkrarladı

"Bayer Leverkuzen" rekordu təkrarladı

Almaniyanın "Bayer Leverkuzen" klubu "Bayern Münhen"nin rekordunu təkrarlayıb.

Fanat.Az xəbər verir ki, leverkuzenlilər bu nəticəyə Bundesliqanın XXII turunda "Haydenhaym"ı məğlub etməklə (2:1) imza atıblar.

Beləliklə, Xabi Alonsonun rəhbərlik etdiyi kollektiv bütün turnirlərdə məğlubiyyətsiz oyunlar seriyasını 32-yə (28 qələbə, 4 heç-heçə) çatdırıb.

Qeyd edək ki, "Bayern Münhen" 2019-2020-ci illərdə Hans-Diter Flikin rəhbərliyi altında ardıcıl 32 matçda yenilgi tanımayıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər