"Bayer Leverkuzen" əsrin rekorduna imza atdı

"Bayer Leverkuzen" əsrin rekorduna imza atdı

Almaniya Bundesliqasının 31-ci turu çərçivəsində bu gün keçirilən matçda "Ştutqart"la qarşılaşan "Bayer Leverkuzen" (2:2) Avropada 21-ci əsrin rekorduna imza atıb. 

Fanat.Az xəbər verir ki, leverkuzenlilər buna bütün turnirlərdə çıxdıqları ardıcıl 46 oyunda uduzmayaraq nail olublar.

Öncəki rekord Zaqreb "Dinamo"suna məxsus idi. Xorvatiya klubu 2014/2015 mövsümündə 45 matçda yenilgi acısı dadmamışdı.

Xatırladaq ki, "Bayer" Bundesliqanın başa çatmasına 5 tur qalmış çempionluğu təmin edib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər