"Bavariya" transfer rekordunu qırdı

"Bavariya" transfer rekordunu qırdı
"Atletiko"dan Lukas Hernandesi heyətinə qatan "Bavariya" tarixinin ən bahalı transferini edib. 
Fanat.Az xəbər verir ki, Münhen klubu 23 yaşlı mərkəz müdafiəçisi üçün 80 milyon avro ödəyəcək. 
Bu isə "Bavariya" və Bundesliqa tarixində reallaşan ən bahalı transferdi.
Qeyd edək ki, bundan əvvəlki rekord Julian Drakslerə məxsus idi. O, 2017-ci ildə "Şalke"dən "Volfsburq"a 43 milyon avroya transfer olunmuşdu. İkinci pillədə isə "Bavariya"dan  Korentin Tolisso qərarlaşmışdı. Belə ki, Münhen klubu 2017-ci ildə onu "Lion"dan 1,5 milyon avroya alıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər