"Renn"in dayaq yarımmüdafiəçisi Eduardu Kamavinqa karyerasını Almaniyada davam etdirə bilər.
Fanat.Az AS-a istinadən xəbər verir ki, Kamavinqanın "Bavariya"ya keçəcəyi gözlənilir.
"Real" bu yay transferlərə böyük məbləğlər ayırmaq fikrindən daşındığı üçün 17 yaşlı futbolçunun Madrid klubuna keçidi hazırda ehtimal daxilində deyil. Bir il gözləmək niyyətində olmayan Kamavinqanın seçimini "Bavariya"nın lehinə etdiyi bildirilir.
"Renn" Anqola əsilli fransız futbolçuya 80 milyon avro qiymət qoyub. Onun müqaviləsi 2022-ci ilin yayında bitəcək.
Daha öncə PSJ də Kamavinqanın xidmətində maraqlı idi.
Fanat.Az