"Barselona"nın baş məşqçisi kim olacaq? - Prezidentdən açıqlama

"Barselona"nın baş məşqçisi kim olacaq? - Prezidentdən açıqlama

"Barselona"nın prezidenti Xuan Laporta Kataloniya təmsilçisinin yeni baş məşqçi axtarışı ilə bağlı xəbərlərə aydınlıq gətirib.

Fanat.Az xəbər verir ki, MD nəşri klub rəhbərinin sözlərini belə çatdırıb:

"Luis Enrike bəyəndiyim mütəxəssisdir. O çox yaxşı məşqçidir, amma Xaviyə hörmət etdiyimizə görə Enrike və ya başqa bir məşqçi ilə danışmamışıq. "Barselona'ya gəlmək istəyən məşqçi mövsümün sonuna qədər gözləməlidir. Çünki biz Xavinin yekun qərarını gözləyəcəyik".

Qeyd edək ki, "Barselona"nın baş məşqçisi Xavi cari mövsümün sonunda iş yerini tərk edəcəyini açıqlayıb.

Nahid Ustaclı  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər