"Barselona"nın 9 nəfərdən ibarət olan hazırlıq düşərgəsində 1 oyunçuda koronavirus aşkarlanıb.
Fanat.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Ancaq futbolçunun adı açıqlanmayıb. Test nəticəsi pozitiv çıxan oyunçunun karantinə alındığı bildirilib.
Qeyd edək ki, koronavirusa yoluxan oyunçunun Çempionlar Liqasının 1/4 finalında "Bavariya" ilə görüş üçün iştirak ərizəsində yer alan futbolçularla təmasda olmadığı vurğulanıb. Onun təmasda olduğu şəxslər isə koronavirus testindən keçiblər.
Fanat.az