"Barselona" XXI əsrin antirekorduna imza atdı

"Barselona" XXI əsrin antirekorduna imza atdı

İspaniya La Liqasının 13-cü turunda "Alaves"i qəbul edən "Barselona" 2:1 hesablı qələbə qazanıb.

Fanat.Az "Opta Sport"a istinadən xəbər verir ki, "Olimpik Lyuis Kompanis" stadionunda baş tutan qarşılaşmanın 18-ci saniyəsində qapısında qol görən Kataloniya təmsilçisi antirekorda imza atıb.

Belə ki, bu, "Barselona"nın XXI əsrdə La Liqa çərçivəsində çıxdığı ev oyunlarında buraxdığı ən erkən qol olub. 

Xatırladaq ki, "Barsa"nın qapısına Samu Omorodion yol tapıb. 30 xalı olan "blauqrana" hazırda La Liqanın turnir cədvəlində 3-cü pillədə mövqe tutub. 1 xala malik "Alaves" isə 12-ci yerdədir.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər