"Barselona" Rafinyanı bu qiymətə satmağa hazırdır

"Barselona" Rafinyanı bu qiymətə satmağa hazırdır

"Barselona" vingeri Rafinyanı satmağa hazırdır.

Fanat.Az xəbər verir ki, məlumatı "Sport" yayıb.

Xəbərə görə, Kataloniya təmsilçisi 27 yaşlı braziliyalı ilə 80 milyon avro qarşılığında vidalaşmaq niyyətindədir. Mənbə Rafinya ilə hazırda iki İngiltərə klubunun - "Çelsi" və "Mançester Yunayted"in maraqlandığını vurğulayıb.

Qeyd edək ki, sözügedən oyunçu "Barselona"ya 2022-ci ilin iyulunda "Lids"dən keçib. Həmin vaxt İspaniya təmsilçisi cənubi amerikalının transferi üçün "tovuzquşular"a 58 milyon avro ödəyib. 

Nihat 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər