"Barselona" 53 il öncəki antirekordunu təkrarladı

"Barselona" 53 il öncəki antirekordunu təkrarladı

İspaniya La Liqasının 1-ci turu çərçivəsində keçirilən "Xetafe" - "Barselona" matçı qolsuz bərabərliklə başa çatıb.

Fanat.Az xəbər verir ki, "Barselona" artıq 4 mövsümdür ki, səfərdə bu rəqibin qapısına yol tapa bilmir.

Kataloniya təmsilçisi 2020/2021 mövsümündə "Koliseum Alfonso Peres"də 0:1 hesabı ilə yenilmişdisə, "Xetafe"yə qarşı sonrakı iki səfər matçı da 0:0 hesabı ilə bitmişdi.

"Barselona" son dəfə 1970-ci ildə bir rəqibə ardıcıl 4 səfər oyununda qol vura bilməmişdi. Həmin vaxt bu komanda "Salamanka" idi.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər