"Barselona" 48 illik antirekordunu təkrarladı

"Barselona" 48 illik antirekordunu təkrarladı

Çempionlar Liqasında qrup mərhələsinin II turunda  "Barselona" "Benfika"ya 0:3 hesabı ilə məğlub olub. 

Fanat.Az xəbər verir ki, bu yenilgi ilə  Kataloniya təmsilçisi avrokuboklara uğursuz start üzrə öz antirekordunu təkrarlayıb.

Buna qədər "Barselona" 1972/1973-cü illər mövsümündə avrokubokların startında iki dəfə məğlub olmuşdu. Söhbət  UEFA Kubokunun 1/32 final mərhələsində "Portu" ilə oyundan gedir  (1:3, 0:1).

Qeyd edək ki, E qrupunda mübarizə aparan xalsız "Barselona" hazırda sonuncu pillədədir. 6 xala sahib "Bavariya" birinci, 4 xalla "Benfika" ikinci,  "Dinamo" isə 1 xalla üçüncü yerdədir. 

Röya

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər