"Barsa" "Bavariya"nın rekorduna şərik çıxdı

"Barsa" "Bavariya"nın rekorduna şərik çıxdı

"Barselona” Çempionlar Liqasının qrup mərhələsinin son oyununda "Tottenhem”lə 1:1 hesablı bərabərliyə razılaşıb.

Fanat.Az xəbər verir ki, Kataloniya komandası ingilislərlə heç-heçə sayəsində öz meydanında məğlubiyyətsiz oyunlar seriyasını 29-a çatdırıb. "Barsa” bu nəticəylə ÇL çərçivəsində"doğma divarlar” arasında eyni sayda yenilgisiz matç keçirən "Bavariya”nın rekorduna şərik çıxıb.

Maraqlıdır ki, "Barselona” son dəfə öz meydanında məhz "Bavariya”ya yenilmişdi. Həmin qarşılaşma 2012/13 mövsümündə reallaşmışdı.

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər