Bakı klubu rekordunu təkrarladı - 7 il sonra

Bakı klubu rekordunu təkrarladı - 7 il sonra

“Səbail” klubu Azərbaycan Kubokunda tarixinin ən böyükhesablı qələbəsini qazanıb.

Fanat.Az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Şahin Diniyevin baş məşqçisi olduğu komanda turnirin II təsnifat mərhələsində “Şəfa”nı 7:0 hesabı ilə məğlub etməklə buna nail olub.

Bu həm də “Səbail”in tarixində bütün turnirlər nəzərə alınmaqla, ən böyükhesablı səfər qələbəsinin təkrarıdır. Bakı klubu I divizionda oynadığı 2016/17 mövsümündə də rəqib meydanında 7 top fərqi ilə qalib gəlib.

"Səbail" 2017-ci il fevralın 22-də “Göyəzən”lə səfər matçında indiki kimi 7 cavabsız qolla üstün olub. Həmin rekordu təxminən 6 il 9 aydan – 2470 gündən sonra təkrarlayan paytaxt təmsilçisi tarixinin üç ən böyükhesablı qələbəsindən birini bayram edib.

“Səbail” tarixinin ən böyük qalibiyyəti də I divizionda qeydə alınıb. Paytaxt klubu “Bakılı”nı 11:3 hesabı ilə məğlub edib. 2016-cı il noyabrın 24-nə təsadüf edən həmin rekord fərqin təkrarlanması üçün bir top çatmayıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər