Bakı Autizm Klubu "Neftçi"nin qonağı oldu

Bakı Autizm Klubu "Neftçi"nin qonağı oldu

Bakı Autizm İdman Klubunun üzvləri "Neftçi" PFK-nın təlim-məşq bazasında qonaq olublar. 

Klubdan Fanat.Az-a verilən məlumata görə, təlim məşq bazasına gələn autizmli gənc və uşaqlar "Neftçi" klubunun üzvləri ilə birlikdə məşq ediblər. 

Bakı Autizm İdman və Yaşam Klubunun direktoru Elnur Məmmədov dəvətə görə "Neftçi" klubunun üzvlərinə və rəhbərliyə təşəkkür edib:

"Bu uşaqları uşaqları unutmadıqlarına, bizi bura dəvət etdiklərinə görə, başda Neftçi klubunun rəhbərliyi olmaqla, hamıya təşəkkür edirəm. Autizmli uşaqlar da cəmiyyətin bir üzvüdür. Onları unutmaq və xəstə adlandırmaq olmaz. Biz klubumuzda bu uşaqlara idman vərdişləri aşılamaqla yanaşı, onlara həm də mənəvi dəstək oluruq", - deyə E.Məmmədov əlavə edib

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər