Azərbaycanın ən bahalı futbolçuları bəlli oldu

Azərbaycanın ən bahalı futbolçuları bəlli oldu

Dünyanın nüfuzlu statistika portalı "Transfermarkt" Azərbaycan Premyer Liqasında çıxış edən futbolçuların bazar dəyərini yeniləyib.

Fanat.Az xəbər verir ki, siyahının zirvəsində dəyərini 500 min avro artıraraq 3.5 milyon avroya çatdıran "Qarabağ"ın yarımmüdafiəçisi Leandro Andrade qərarlaşıb.

İkinci və üçüncü pillələri müvafiq olaraq qiyməti 1 milyon avro artan Timoteuş Puxaç (2.5 milyon avro) və dəyəri 300 min avro yüksələn Mateuş Koxalski (2.5 milyon avro) bölüşürlər. Yenilənmədə ən kəskin sıçrayışlardan birini dəyərini 1.2 milyon avro artıran Kamilo Duran (2 milyon avro) göstərdiyi halda, İvan Lepinitsa (2 milyon avro), Elvin Cəfərquliyev (2 milyon avro) və Pedro Bikalyo (2 milyon avro) da hərəyə 500 min avro dəyər qazanıblar.

İlk onluqda dəyər itirən yeganə oyunçu isə qiyməti 500 min avro aşağı düşən və 2 milyon avroya geriləyən "Qarabağ"ın digər ulduzu Kevin Borges olub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər