Azərbaycan yığması mübarizəni dayandırdı

Azərbaycan yığması mübarizəni dayandırdı

DÇ-2024-ün elit-raund mərhələsində bu gün futzal üzrə Azərbaycan millisi Niderland yığması ilə qarşılaşıb.

Fanat.Az xəbər verir ki, növbəti mərhələyə yüksəlmək şansını az da olsa davam etdirən komandamıza bu dueldən qalib ayrılmaq lazım idi.

Səfərə yollanan heyət üzvlərindən Fərid Atakişiyev səhhətində yaranmış problemlə əlaqədar oyunda iştirak etməyib. Almere şəhərində keçirilən matçın taleyini birinci hissəsində vurulan qollar həll edib. Qələbə qazanan meydan sahibləri qrup mərhələsini ikinci pillədə başa vurmağı bacarıblar.

DÇ-2024, elit-raund 20 dekabr

Niderland – Azərbaycan 3:0 Qollar: Abdessamad Attahiri, 0:54, Said Bouzambou, 9:43, Tevfik Ceyar, 37:23 Hakimlər: Dominikas Norkus, Mantas Pomeckis, İrmantas Kapraşovas (Hamısı Litva). Almere. Topsportcentrum Arena. Saat 21:30.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər