Azərbaycan Premyer Liqasında son 12 ilin rekordu

Azərbaycan Premyer Liqasında son 12 ilin rekordu

Azərbaycan Premyer Liqasında son 12 ilin rekordu qeydə alınıb.

Fanat.Az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, 2022/2023 mövsümündə 17 baş hakimin oyunları idarə etməsi ilə həyata keçib.

Daha yüksək göstərici sonuncu dəfə 2010/2011 mövsümündə yaşanıb. Həmin vaxt 19 ədalət təmsilçisi baş hakim kimi təyinat alıb. Sonrakı mövsümlərdə bu rəqəm aşağı olub.

Geridə qalan mövsüm üç hakim daha çox – hərəyə 16 qarşılaşmada ədaləti qoruyub. Mövsümün liderləri Əliyar Ağayev, Fərid Hacıyev və Tural Qurbanov olublar.

Elçin Məsiyevlə Rəşad Əhmədov hərəyə 15, Rəvan Həmzəzadə 14 dəfə meydana baş hakim kimi çıxıb. 12 referi 10 və ya daha çox matçda söz sahibi olub. Üç hakim isə yalnız bir qarşılaşmanı idarə edib.

1-3 Əliyar Ağayev 16
  Fərid Hacıyev 16
  Tural Qurbanov 16
4-5 Elçin Məsiyev 15
  Rəşad Əhmədov 15
6 Rəvan Həmzəzadə 14
7-8 İnqilab Məmmədov, 13
  Rauf Allahverdiyev 13
9 Rauf Cabarov 12
10-11 Cavid Cəlilov 11
  Kamal Umudlu 11
12 Nicat İsmayıllı 10
13 Kamranbəy Rəhimov 8
14 Vüqar Həsənli 7
15-17 Əli Əliyev 1
  Emin Əliyev 1
  Kamran Əliyev
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər