Azərbaycan Premyer Liqasında məhsuldarlıq rekordu təkrarlandı

Azərbaycan Premyer Liqasında məhsuldarlıq rekordu təkrarlandı

Futbol üzrə Azərbaycan Premyer Liqasında mövsümün ikinci yarısının startı yüksək məhsuldarlıqla əlamətdar olub.

Fanat.Az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, XIX turda ümumilikdə 18 qol vurulub.

“Kəpəz” – “Qəbələ” (2:2), “Turan Tovuz” – “Qarabağ” (2:3), “Zirə” – “Sumqayıt” (3:1), “Şamaxı” – “Səbail” (2:1) və “Sabah” – “Neftçi” (2:0) matçlarının keçirildiyi turda orta məhsuldarlıq 3,60-a bərabər olub.

Bu, 2022/2023 mövsümünün rekordunun təkrarıdır. Cari çempionatın II və VII turunda da 18 qol vurulub.

Qeyd edək ki, daha yüksək məhsuldarlıq sonuncu dəfə ötən mövsümün X turunda qeydə alınıb. 2021-ci il noyabrın 6-7-dəki turun 4 matçında 17 qol vurulub və orta göstərici 4,25-ə bərabər olub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər