Azərbaycan Kuboku: "Qarabağ" "qızıl dubl" etdi

Azərbaycan Kuboku: "Qarabağ" "qızıl dubl" etdi

Azərbaycanda futbol mövsümünə yekun vurulub.

Fanat.Az xəbər verir ki, ölkə kubokunda 2023/2024 mövsümünün final matçı Mərdəkanda baş tutub.

Çempion "Qarabağ" gümüş mükafatçı "Zirə" ilə üz-üzə gəlib.

Gərgin mübarizə şəraitində keçən qarşılaşma "Qarabağ"ın minimal hesablı qalibiyyəti ilə başa çatıb. Beləliklə, "Qarabağ" mövsümü "qızıl dubl"la başa vurub.

Azərbaycan Kuboku  Final  2 iyun 

“Qarabağ” – “Zirə” 2:1 

Qol: Juninyo, 42. Abdullah Zubir, 62 - İsmayıl İbrahimli,  57.

Hakimlər: Rəvan Həmzəzadə, Namiq Hüseynov, Müslüm Əliyev, Kamal Umudlu, Eyyub İbrahimov “Liv Bona Dea Arena”.

"Qarabağ": 99. Andrey Lunyov, 55. Bədavi Hüseynov (k), 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 90. Nəriman Axundzadə, 10. Abdullah Zubir, 8. Marko Yankoviç, 18. Olavio Juninyo, 2. Mateus Silva, 6. Julio Romao, 15. Leandro Andrade. Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 20. Riçard Almeyda, 5. Maksim Medvedev, 30. Abbas Hüseynov, 24. Aleksey İsayev, 27. Toral Bayramov, 81. Kevin Medina, 66. Patrik Andrade, 17. Hamidu Keyta, 11. Adama Diakabi, 19. Redon Cica. Baş məşqçi: Qurban Qurbanov. "Zirə": 97. Tiaqo Silva, 77. Məqsəd İsayev, 10. Rəhim Sadıxov, 32. Qismət Alıyev (k), 20. İsmayıl İbrahimli, 16. Fuad Bayramov, 5. Stefan Akka, 4. Ruan Renato, 44. Dmitrios Çantakias, 23. Rafael Utziq, 15. Pyer Zebli. Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 22. Məmməd Hüseynov, 17. Araz Abdullayev, 8. İlkin Muradov, 21. Hacıağa Hacılı, 11. Rüstəm Əhmədzadə, 29. Ceyhun Nuriyev, 24. Sezar Meza Kolli, 70. İssa Cibrilla, 28. Abbas İbrahim, 6. Eldar Quliyev, 19. Salifu Suma. Baş məşqçi: Rəşad Sadıqov.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər