Azərbaycan kuboku: "Neftçi" yarımfinalda!

Azərbaycan kuboku: "Neftçi" yarımfinalda!

Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab oyunları keçirilir. 

Fanat.Az xəbər verir ki, bu gün daha bir qarşılaşma baş tutub.

“Sabah” birinci görüşdə 1:1 hesablı heç-heçə etdiyi “Neftçi”ni qəbul edib. Cavab oyununda 3:1 hesabı ilə qələbə qazanan "Neftçi" yarımfinala adını yazdırıb.  

Qeyd edək ki, ötən gün isə “Qarabağ” “Keşlə”ni 6:0 (ilk oyun 1:0) hesabıyla məğlub edərək yarımfinala yüksəlib. Digər yarımfinalçıların adları isə sabah baş tutacaq “Səbail” - “Zirə” və “Qəbələ” - “Sumqayıt” oyunlarından sonra bilinəcək.   Azərbaycan kuboku 1/4 finalın cavab oyunu 12 fevral

“Sabah” – “Neftçi” 1:3

Qollar: Xuan Kamara, 41 - Emin Mahmudov, 61, Ramon Maçado, 62, 68. Qırmızı vərəqə: Aleksey İsayev, 75, Səlahət Ağayev, 75.

“Sabah”: 1. Səlahət Ağayev (k), 14. Slavik Alxasov, 2. Amin Seydiyev, 10. Aleksey İsayev, 34. Bəxtiyar Həsənalızadə, 4. Elvin Camalov, 9. Xulio Sezar Rodriqez, 3. Zurab Oçiqava, 20. Coy-Lens Mikels, 17. Xuan Kamara, 29. Ceyhun Nuriyev Ehtiyat oyunçular: 97. Aleksandr Neçayev, 94. Yusif İmanov, 26. Fofana Tiemoko, 24. Mixeil Erqemlidze, 55. Şpiro Periçiç, 15. Kristian da Silva, 99. Hiqor Qabriel, 8. Şakir Seyidov, 21. İldar Alekperov, 19. Kamran Quliyev, 66. Abdulax Xaibulaev, 33. Camal Cəfərov Baş məşqçi: Murad Musayev

“Neftçi”: 1. İvan Brkiç, 8. Emin Mahmudov (k), 97. Xəyal Nəcəfov, 19. Azər Salahlı, 14. Eddi İsrafilov, 3. Mamadu Mbodj, 6. Voyislav Stankoviç, 24. Yusuf Laval, 91. Ramon Maçado, 77. Gilyerme Pato, 20. Mert Çelik Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 93. Rza Cəfərov, 26. Ömər Buludov, 10. Sezar Meza Kolli, 4. Huqo Basto, 9. Tiaqo Bezerra, 7. Azər Əliyev, 21. İsmayıl Zülfüqarlı, 27. Fərid Yusifli, 37. Vüsal Əsgərov, 73. Ramin Nəsirli Baş məşqçi: Samir Abasov

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Nahid Əliyev, Vüqar Həsənli. Masazır. “Bank Respublika Arena”, 16:00. İlk oyun – 1:1.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər