Azər Bağırov "Qarabağ"a qarşı tam heyətlə mübarizə aparacaq

Azər Bağırov "Qarabağ"a qarşı tam heyətlə mübarizə aparacaq

Misli Premyer Liqasının 1-cü turunda "Qarabağ"ın qonağı olacaq "Şamaxı" güclü rəqiblə matça tam heyətlə çıxacaq.

Bunu Fanat.Az-a bölgə təmsilçisinin sözçüsü Yusif Hüseynli deyib:

"Cəzalı və ya zədəli futbolçu yoxdur. Komanda "Qarabağ"la oyuna tam heyətlə hazırlaşır".

Qeyd edək ki, sözügedən matç baş məşqçi Azər Bağırovun "Şamaxı"nın sükanı arxasında ilk rəsmi sınağı olacaq

"Qarabağ" - "Şamaxı" qarşılaşması bazar ertəsi - 17 avqustda keçiriləcək. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq matçın start fiti 19:30-da səsləndiriləcək. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər