Azarkeşləri və futbolçuları "Neftçi"ni ziyana saldı

Azarkeşləri və futbolçuları "Neftçi"ni ziyana saldı

AFFA İntizam Komitəsinin növbəti iclası keçrilib. Fanat.Az xəbər verir ki, komitə üzvləri Premyer Liqanın və əvəzedicilərin çempionatının XXII turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.

Premyer Liqanın “Neftçi” - “Qəbələ” matçının 83-cü dəqiqəsində meydan sahiblərinin azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə olunub. Bu səbəbdən klub 800 manat cərimələnib.

"Neftçi"nin əvəzedici komandası da klubu ziyana salıb. Belə ki, komandanın 5 üzvü "Qəbələ" ilə oyunda sarı vərəqə alıb və AFFA 400 manat cərimə kəsib.

"Sumqayıt"ın əvəzediciləri isə 4 futbolçu sarı vərəqə aldığından eyni məbləğdə cərimə ödəyəcək.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər