"Ayaks" rekordunu Turində təkrarladı

"Ayaks" rekordunu Turində təkrarladı

Çempionlar Liqasının 1/4 finalının cavab oyununda "Yuventus”u səfərdə 2:1 hesabıyla yenərək mübarizədən kənarlaşdıran "Ayaks” öz rekordunu təkrarlayıb.

 

 

Fanat.Az-ın məlumatına görə, öz meydanında 1:1 hesablı bərabərliyə razılaşdığı "Yuve”ni Turində üstələyən Hollandiya təmsilçisi bu mövsüm vurduğu qolların sayını 155-ə çatdırıb. 2009/10 mövsümündə də bu sayda top vuran Amsterdam komandasının yaxın günlərdə yeni rekord müəyyənləşdirəcəyi şübhə doğurmur.

155 qoldan 106-nı Hollandiya elitasında rəqib qapılarından keçirən paytaxt klubu ölkə kubokunda 17, Çempionlar Liqasında 32 top vurub.

 

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər