Avstraliya millisinin sabiq üzvü "Neftçi"də

Avstraliya millisinin sabiq üzvü "Neftçi"də
"Neftçi” daha bir futbolçu transfer edib. 
Fanat.Az xəbər verir ki, "ağ-qaralar" xorvatiyalı yarımmüdafiəçi Qoran Paratski ilə müqavilə imzalayıb.
31 yaşlı yarımmüdafiəçi növbəti mövsümün sonuna qədər "Neftçi”nin heyətində olacaq. Yeni futbolçu 6 nömrəli forma ilə mübarizə aparacaq.
Qeyd edək ki, Qoran Paratskinin son klubu Avstraliyanın "Vellinqton Feniks” klubu olub. O, əvvəllər Xorvatiyanın "Rieka", "Novalya", "Rudar", "Karlovats", 
"RNK Split", "İnter", "Slaven", "İstra 1961" və Macarıstanın "Peksi" klublarında çıxış edib. Qoran ölkəsinin gənclər yığmalarında forma geyinib.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər