Avropa Liqası: "Qarabağ" "Metallurq"la üz-üzə

Avropa Liqası: "Qarabağ" "Metallurq"la üz-üzə

Bu gün Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunları keçiriləcək. Apasport.az saytının məlumatına görə, qitə miqyaslı klub turnirinin açılış matçında “Qarabağ” səfərdə ilk matçına çıxacaq. 

Ağdam klubunun rəqibi Makedoniya “Metallurq”u olacaq. Baş məşqçi Qurban Qurbanovun yetirmələri 3 il öncə elə bu turnirdə məğlub edib, növbəti mərhələyə keçdikləri Skopye təmsilçisinə yenə qalib gəlmək əzmindədirlər. “Qarabağ” uduzduğu təqdirdə, doğma publika önündə işini çətinləşdirəcək.

Qarşılama Skopye şəhərinin “Filip II” stadionunda baş tutacaq. Bakı vaxtı ilə saat 20:45-də başlayacaq matçı 41 yaşlı danimarkalı Lars Kristoffersen idarə edəcək.

Qeyd edək ki, bu komandalar arasındakı cavab görüşü iyulun 11-də Bakıda keçiriləcək.

Avropa Liqası

I təsnifat mərhələsi (ilk oyun) 

2 iyul

20:45. “Metallurq” (MAKEDONİYA)– “Qarabağ” (AZƏRBAYCAN) 

Baş hakim: Lars Kristoffersen (Danimarka)

Skopye. “Filip II” stadionu. 

İdman24.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər