Avropa Liqası: "Qarabağ" İslandiya təmsilçisini sınağa çəkir

Avropa Liqası: "Qarabağ" İslandiya təmsilçisini sınağa çəkir

Bu gün UEFA Avropa Liqasında yeni tsikl start götürəcək.

Fanat.Az xəbər verir ki, yarışın açılış oyunu Bakıda baş tutacaq.

Azərbaycanı qitənin ikinci klub turnirində təmsil edəcək "Qarabağ" İslandiyanın "Vestri" komandasını qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq görüş saat 20:00-da başlayacaq. 

Qurban Qurbanovun baş məşqçisi olduğu "köhlən atlar"ın ev oyununu moldovalı FIFA referisi Roman Jitari idarə edəcək. 

"Sabah" ilə "Zirə"nin ardından, onsuz da aşkar favorit olan "Qarabağ"ın da ilk avrokubok matçında inamlı qələbə qazanacağı proqnozlaşdırılır.

Xatırladaq ki, tərəflər arasında səfərdə keçiriləcək qarşılaşma iyulun 16-dan 17-nə keçən gecə, Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

UEFA Avropa Liqası 1-ci təsnifat mərhələsi, ilk oyun 9 iyul

20.00. Qarabağ - Vestri (İslandiya) Hakimlər: Roman Jitari, Vlad Lifçu, Vadim Vikol, Andrey Brequta (hamısı Moldova). Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər